Tez-tez verİlən

suallar

01

Lotereyada necə iştirak edə bilərəm?

Lotereyada iştirak hüququ “McDonald’s” restoranlarının daxilində, “MakAvto”da və ya onlayn (çatdırılma üçün) “Böyük MakMenyu” sifarişi zamanı kassa qəbzində çap olunacaq 12 simvoldan ibarət şifrənin www.mcdonalds25.az veb saytında və ya “McDonald’s” mobil tətbiqindəki müvafiq qeydiyyat bölməsində xüsusi anketi doldurarkən daxil edilməsi ilə həyata keçirilir.

02

Şifrə nədir və harada yerləşir?

Şifrə “McDonald’s” restoranlarının daxilində, “MakAvto”da və ya onlayn (çatdırılma üçün) “Böyük MakMenyu” sifarişi zamanı kassa qəbzində çap olunacaq 12 simvoldan ibarətdir.

03

Necə qeydiyyatdan keçim?

www.mcdonalds25.az veb saytında və ya “McDonald’s” mobil tətbiqindəki müvafiq qeydiyyat bölməsində xüsusi anketi doldurarkən “McDonald’s” restoranlarının daxilində, “MakAvto”da və ya onlayn (çatdırılma üçün) “Böyük MakMenyu” sifarişi zamanı kassa qəbzində çap olunacaq 12 simvoldan ibarət şifrəni, ad, soyad, doğum ili, şəxsiyyət vəsiqənin seriya və nömrəsi, həmçinin yaşayış yerini, elektron poçt ünvanı (e-mail) və mobil telefon nömrəsini qeyd edib uduşlu Lotereyada qeydiyyatdan keçə bilərsiniz.

04

“McDonald’s”ın hansı məhsullarında şifrələr var?

“McDonald’s 25” tirajlı stimullaşdırıcı Lotereyasında iştirak hüququ verən şifrələr “Böyük MakMenyu” sifarişi zamanı kassa qəbzində çap olunur.

05

Ayda neçə dəfə qeydiyyatdan keçə bilərəm?

Ay ərzində Lotereyada qeydiyyat üçün heç bir say məhdudiyyəti yoxdur, istədiyiniz qədər şifrə göndərərək iştirak edə bilərsiniz. İştirakçı tərəfindən müvafiq qaydada göndərilmiş və uğurla qeydə alınmış hər bir şifrə Lotereyanın uduş fondunun oynanılmasının hər mərhələsində 1 iştirak hüququ verir.

06

Qeydiyyatdan keçdikdən sonra kassa qəbzini ata bilərəmmi?

Şifrə iştirakçı tərəfindən qeydiyyatdan keçirildikdən sonra həmin şifrənin əks olunduğu kassa qəbzi Lotereya müddətində və ondan sonrakı 90 iş günü ərzində həmin şəxs tərəfindən qorunub saxlanılmalıdır, əks halda uduş qalibə təslim edilə bilməz.

07

Qaliblər necə seçiləcək?

Hər tiraj üzrə hədiyyələrin sahibləri elektron təsadüfi seçimi vasitəsilə müəyyən ediləcək və bu barədə məlumat (link) www.mcdonalds25.az veb saytında yerləşdiriləcək. Təsadüfi seçim zamanı hansı şifrə müəyyən edilərsə, həmin şifrəli “McDonald’s” kassa qəbzi ilə iştirakçı olmuş şəxs qalib hesab ediləcək. Qalib olduğunuz halda əlaqə saxlanılması üçün əlaqə nömrəniz mütləq aktiv olmalıdır.

08

Qalib olduğumu necə biləcəyəm?

Hər tirajdan sonra 3 iş günü ərzində tiraj üzrə qalib gəlmiş şifrələr haqqında məlumat www.mcdonalds25.az veb saytında yerləşdiriləcək. Saytı izləyərək qalib olub-olmadığınız haqda xəbərdar ola bilərsiniz.

09

Uduşlarımı nə zaman əldə edə bilərəm?

Qalib olan iştirakçılar uduş fondunun oynanıldığı tarixdən sonra ən gec 90 (doxsan) iş günü ərzində Təşkilatçıya müraciət edərək uduşu tələb edə biləcəklər. Bu müddət ərzində Təşkilatçıya müraciət üçün qaynar xətlər açıq olacaqdır.

10

“McDonald’s” kuponlarından necə istifadə etmək olar?

“McDonald’s” kuponlarını qazanan şəxs “McDonald’s” mobil tətbiqindəki şəxsi profilin məlumatları təqdim edərək, “McDonald’s” tərəfindən tətbiqdə rəqəmsal kupon əldə edəcək. Bu kupon vasitəsilə udan şəxs həftədə 1 dəfə seçim üçün təqdim olunacaq 3 menyudan birini ödənişsiz şəkildə Azərbaycanda yerləşən istənilən McDonald’s restoranından əldə edə bilər. Bunun üçün qeyd olunmuş rəqəmsal kuponu “McDonald’s” restoranında olaraq aktivləşdirmək lazımdır. Menyuların seçimi: Big Mac orta menyu, McChicken orta menyu, Filet-O-Fish orta menyu. Menyuya daxildir: 1 burger, 1 orta fri kartofu, 1 orta Coca-Cola içkisi.

11

Pulsuz içkini necə əldə edə bilərəm?

Lotereya müddətində Böyük MakMenyu alan hər kəs lotereyada iştirak etmək imkanı ilə yanaşı “McDonald’s”dan pulsuz sərinləşdirici içki üçün promokod hədiyyə alacaq. Promokod lotereya kodu ilə yanaşı qəbzdə çap olunacaqdır. “McDonald’s” mobil tətbiqində bu promokodu aktivləşdirərək Azərbaycanda yerləşən istənilən McDonald’s restoranından 1 ədəd pulsuz içki (kiçik porsiya) əldə edə bilərsiniz.

12

Lotereyada kimlər iştirak edə bilər?

Lotereyada 18 yaşı tamam olmuş, Azərbaycan Respublikasının vətəndaşları, vətəndaşlığı olmayan və/və ya daimi yaşayış yeri olan əcnəbilər könüllü şəkildə iştirak edə bilərlər.

13

Uduşu əldə etmək üçün nə tələb olunur?

Qalib olan iştirakçılar qalib gələn şifrənin əks olunduğu “Böyük MakMenyu” məhsullarının üzərində təqdim edilən şifrəli kassa qəbzi və şəxsiyyət vəsiqəsi ilə birlikdə Təşkilatçıya müraciət edərək uduşu tələb edə biləcəklər.

14

Lotereya nə zaman keçiriləcək?

Lotereyanın keçirilməsi müddəti 06 sentyabr 2024-cü il tarixindən 1 noyabr 2024-cü il tarixinədəkdir.

15

Lotereyada iştirak etmək üçün hansı böyük MakMenyulardan birini sifariş etmək lazımdır?

1. Big Mac böyük menyu
2. Dabl Big Mac böyük menyu
3. McChicken böyük menyu
4. Dabl McChicken böyük menyu
5. Filet-O-Fish böyük menyu
6. Dabl Filet-O-Fish böyük menyu
7. Royal Çizburger böyük menyu
8. Dabl Royal Çizburger böyük menyu
9. Dabl Çizburger böyük menyu
10. Tripl Çizburger böyük menyu
11. Dabl Hamburger böyük menyu
12. Tripl Hamburger böyük menyu
13. Big Tasty böyük menyu (ət)
14. Big Tasty böyük menyu (toyuq)
15. McCrispy böyük menyu
16. McCrispy Bal-Xardal böyük menyu
17. Sezar Roll böyük menyu
18. Şaurma Roll böyük menyu
19. Dabl Çikenburger böyük menyu
20. Bif Freş böyük menyu
21. Çiken Freş böyük menyu
22. Fiş Freş böyük menyu
23. Dabl Mini Tasty